Dünya / Səhiyyə

Qonşu ölkələrdə koronavirusa yoluxma rekord səviyyədə artır

Qonşu ölkələrdə koronavirusa yoluxma rekord səviyyədə artır
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 

Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.

Kanal14.azbildirir ki, son 24 saatda 1 759 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 24 min 562-yə çatıb.

Ölkədə xəstəlikdən 5 nəfər vəfat edib. 350 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı isə 9 751-dir.

Rusiyada da son bir gündə rekord sayda, 17 min 340 yeni yoluxma faktı qeydə alınıb.

Koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 283 pasiyent ölüb, 11 min 260 nəfər isə sağalaraq xəstəxanadan çıxıb.

(Qafqazinfo.az)