Dünya

S-400 Ankaranın milli qərarıdır, ancaq... – NATO

S-400 Ankaranın milli qərarıdır, ancaq... – NATO
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Türkiyə və Yunanıstan NATO-nun dəyərli müttəfiqləridir.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Araqlıq dənizinin şərq hissəsində baş verən gərginliyi narahatlıqla izləyir:

"Alyans üçün gərginliyin azaldılması vacibdir. Türkiyə ilə Yunanıstan arasında NATO təşkilatçılığı ilə birbaşa əlaqə qurulub. Ayrılma metodları ilə bağlı mexanizmlər gücləndirilməli və gərginliyin artmaması üçün çalışmalıyıq. NATO və AB-nin ortaq hədəfi bölgədə gərginliyin azaldılmasıdır. 1990-cı illərdə Egey və Aralıq dənizinin şərq hissəsində bənzər hadisələr yaşansa da, NATO mexanizmləri ilə gərginlik azaladılmışdı”.

Türkiyənin S-400 sistemlərinin sınaqlarından danışan baş katib bildirib ki, bu məsələ Ankaranın milli qərarıdır:

"Ancaq bu sistemlər NATO-ya uyğun deyil”.