Cəmiyyət

Abşeronda məktəb və bağçalarında növbəti monitorinqlər aparılıb

Abşeronda məktəb və bağçalarında növbəti monitorinqlər aparılıb










 
 
 
 




Abşeron rayonunda fəaliyyət göstərən orta məktəb və məktəbəqədər təhsil müəssisələrində tədrisin pandemiya şəraitində təşkili vəziyyəti ilə əlaqədar monitorinqlər aparılıb.

Abşeron RİH-nin əməkdaşlarının və  Rayon Təhsil Şöbəsinin nümayəndələrinin birgə iştirakı ilə rayonun ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində mövcud şəraitə bxış keçirilib, pandemiya şəraitində  şagirdlərə və körpə fidanlara təlim-tərbiyənin, eləcədə tədrisin keçirilmə formasını müşahidə ediblər.

Həyata keçirilən monitorinqlər zamanı ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin müvafiq qaydalara uyğun təchiz edilməsi, dezinfeksiyaedici maddələrlə tam təmin olunması, dərs prosesində müəllimlərin və tərbiyəçilərin üz sipəri ilə yanaşı maskadan istifadə etmələri, məktəbdə və bağçalarda kollektivi, şagirdləri və eləcə də körpə fidanları maarifləndirmək üçün xüsusi posterlərin vurulması, həyətin müəyyən olunmuş qaydalara uyğun olaraq xətlənməsi məsələlərinə diqqət yetirilib.
Eyni zamanda məktəb və bağça rəhbərliyinə müvafiq göstərişlər və tapşırıqlar verilib.
Abşeronda məktəb və bağçalarında növbəti monitorinqlər aparılıb
Abşeronda məktəb və bağçalarında növbəti monitorinqlər aparılıb
Abşeronda məktəb və bağçalarında növbəti monitorinqlər aparılıb