Cəmiyyət / Dünya

Türkiyə parklarından biri Polad Həşimovun adını daşıyacaq

Türkiyə parklarından biri Polad Həşimovun adını daşıyacaq

Türkiyədə salınacaq parkların birinə Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun adı veriləcək.

Kanal14.az  "Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Bursanın Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar KİV-ə açıqlamasında bildirib. 

 

 "Bu ilin iyulunda Ermənistan qoşunlarının Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı Türkiyənin Bursa vilayətində salınacaq parka veriləcək. Həmin park yaxın zamanlarda salınacaq", - deyə M. Dündar əlavə edib.