Cəmiyyət

Ombudsman Gencede faktarasdirici missiya heyata kecirib

 Ombudsman Gencede faktarasdirici missiya heyata kecirib

Ermənistan silahlı qüvvələri tərəfindən 27 sentyabr 2020-ci il tarixindən başlayaraq beynəlxalq hüquq normaları növbəti dəfə kobud şəkildə pozulmaqla cəbhə bölgəsindən uzaq mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulur.

Ombudsman Aparatından Metbuat.az-a təəssüflə bildirilib ki, Ermənistan silahlı qüvvələri müharibə cinayətlərini davam etdirərək 4 oktyabr 2020-ci il tarixdən başlayaraq münaqişə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan Respublikasının ərazisindən ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.

Ombudsman Səbinə Əliyeva bununla əlaqədar növbəti faktaraşdırıcı missiya həyata keçirmək, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində insan hüquqlarının pozulmasına dair faktları araşdırmaq və həqiqətləri beynəlxalq təşkilatlara çatdırmaq məqsədilə ağır artilleriya atəşinə məruz qalan Gəncə şəhərinə səfər edib.

Monitorinq səfəri çərçivəsində Ombudsman ağır artilleriya atəşi nəticəsində dağılmış, ciddi ziyan dəymiş mülki evlərə, tarixi-mədəni abidələrə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə baş çəkməklə araşdırma aparıb. Müvəkkil Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx yaşadığı əraziləri atəşə tutması nəticəsində yaralanmış şəxslərlə, habelə zərərçəkmiş şəhər sakinləri ilə görüşüb.

Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşi nəticəsində dağıntılara məruz qalmış Gəncə şəhərində davam etdirilən faktaraşdırıcı missiyanın nəticələrinə dair hesabat da beynəlxalq təşkilatlara təqdim ediləcək.

Qeyd olunmalıdır ki, Ermənistan silahlı qüvvələri qəsdən - məqsədli şəkildə MingəçevirBeyləqanFüzuli rayonunun Horadiz şəhəri, BərdəAğdamAğcabədiTərtərCəbrayılXızı, Abşeron, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini də ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutur. Nəticədə dinc əhali arasında çoxsaylı ölən və yaralananlar var, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan dəyib.