Cəmiyyət

DİN-dən vətəndaşlara MÜRACİƏT

DİN-dən vətəndaşlara MÜRACİƏT

Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, çoşqu yaradıb. Lakin təəssüflər olsun ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə - fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər.

 

Kanal14.az bildirir ki,bu barədə BiG.AZ-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

"Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik", - məlumatda qeyd olunub.