Cəmiyyət

Pakistan XİN-dən Ermənistanın iddialarına MÜNASİBƏT

Pakistan Xarici İşlər Nazirliyi (XİN) Pakistan hərbçilərinin Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə Ermənistana qarşı döyüşdüyünü iddia edən mətbuat orqanının yaydığı xəbərə münasibət bildirib.

Kanal14.az bildirir ki, Pakistan XİN-in sözçüsü həmin məlumatı spekulyativ və əsassız adlandıraraq təkzib edib.

O qeyd edib ki, bu cür xəbərləri yaymaq məsuliyyətsizlikdir.

(Apa.az)