Cəmiyyət / Sosial

Ağsaqqallar Şurası toplandı - Akademik sədrlik edir

Sentyabrın 29-da Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VIII qurultayı işə başlayıb. Qurultayda Şuranın üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak edirlər.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, qurultaya sədrlik edən Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov əvvəlcə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının vətəndaşlarımızın qələbə əzmini, ruh yüksəkliyini daha da artırdığını və hər kəsin əsgərlərimizin yanında olduğunu bildirib.

Şuranın ötən qurultaydan sonra dünyasını dəyişmiş sədri Fəttah Heydərovun, eləcə də digər üzvlərin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra gündəlik təsdiqlənib. Gündəliyə əsasən Azərbaycan Ağsaqqallar Şurasının yeni nizamnaməsi qəbul ediləcək, Şuranın sədri və idarə heyətinin, nəzarət təftiş komissiyasının üzvləri seçiləcək və cari məsələlər müzakirə olunacaq.

Qurultay işini davam etdirir.