Cəmiyyət / Sosial

Güləşçilərimiz ordumuz üçün qan verəcək

Güləşçilərimiz ordumuz üçün qan verəcəkAzərbaycan Güləş Federasiyası orduya dəstək məqsədi ilə qanvermə aksiyası keçirəcək.

Kanal14.az xəbər verir ki,qurumdan "Report"a bildirilib ki, federasiya rəsmiləri, məşqçilər və güləşçilər yaralı əsgər və zabitlər üçün qan verəcək.

 

Qanvermə aksiyası sabah saat 15:15-də Mərkəzi Hərbi Hospitalda başlayacaq.