Cəmiyyət

Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!

Sentyabr ayının 26-da səhər saatlarından etibarən Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Kanal14.az bildirir ki,bu barədə Axar.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.

Qeyd olunub ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraqsakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.