Cəmiyyət / Sosial

Fermerlərin su problemi həll edildi

Cəlilabadın Təzəkənd kəndində icarəyə götürmüş torpaq sahəsində pambıq əkən Elxan Qubadov bir mümddət əvvəl əkin sahəsinin suvarılmasında çətinliklə qarşılaşıb.

Pambıqın gələcək məhsuldarlığı vegitasiya dövründəki ardıcıl suvarılmadan asılı olduğundan fermer çıxılmaz vəziyyətdə qaldığını deyir.

Lakin ölkə başçısına müraciətindən sonra məsələ tez bir zamanda həllini tapıb.

Qeyd edək ki, bir neçə il əvvələ kimi, Cəlilabadda qeyri-ənənəvi bitkilərdən hesab olunan pambıq əkininə Təzəkənd kəndi ilə yanaşı rayonun Sabirabad, Günəşli, Uzuntəpə kəndlərində də son illərdə maraq xeyli artıb. Cəlilabad Suvarma sistemləri İdarəsindən bu sahələrin suvarılmasında yaranmış çətinliyin rayon ərazisinə daxil olan magistral kanalda su azlığı ilə əlaqədar olduğu bildirilib.

Xatırladaq ki, son günlər ölkə ərazisində düşən intensiv yağıntılardan sonra Araz çayı ilə yanşı Kür çayında da suyun səviyyəsi qalxıb. Bu da Suvarma sahəsində yaranmış çətinliklərin tamamilə aradan qaxmasına gətirib çıxarıb.

 

(Aqreqator.az)