Cəmiyyət / Hadisə / Sosial

"Corona" kafesinin sahibi cərimələndi

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları gecə saatlarında şəhərin müxtəlif ərazilərində reyd keçiriblər.

Kanal14.az bildirir ki, reyd zamanı karantin qaydalarının tələblərinə riayət etməyən kafelərə rast gəlinib. Şəhərin 9-cu mikrorayon ərazisində yerləşən "Corona Pub"-ın saat 22:00-dan sonra fəaliyyət göstərdiyi məlum olub. İctimai iaşə obyektində qapalı məkanda müştərilərə xidmət edildiyi də aşkarlanıb. Orada olan 17 müştəri və sahibkar Qasım Əkbər oğlu Qasımlı 3-cü polis bölməsinə aparılıb. Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimələnib.

Reydlər davam etdiriləcək.

(Lent.az)