Cəmiyyət

Hər kəs "ASAN müraciət" edə biləcək

Hər kəs
Bundan sonra vətəndaşlar qarşılaşdıqları problemlərlə bağlı aidiyyatı qurumlara getmədən yerindəcə müraciət edə biləcəklər. Bu. Yeni yaradılan "Asan Müraciət" sistemi vasitəsi ilə mümkün olacaq. Beləki telefonunuza yüklədiyiniz mobil tətbiq vasitəsi ilə real vaxt rejimində qarşılaşdığınız problemin foto və videosunu çəkə, hətta səs göndərməklə müraciətinizi edə biləcəksiniz. Təfərrüatları növbəti süjetimizdən öyrənin.

Sistemin üstünlükləri vətəndaşlara kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun təmiri, abadlaşdırılması, təmizliyi ilə bağlı şikayətlərini elektron xəritə üzərində qeyd edilməklə aidiyyəti qurumlara göndərmək imkanı yaradacaq. "ASAN müraciət" informasiya sistemi vasitəsi ilə həmin şikayətlərə baxılmanın nəticələrini izlənilmək də mümkün olacaq. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirdi ki, yeni yaradılan sistem hazırda test rejimindədir və yaxın vaxtlarda vətəndaların istifadəsinə veriləcək.

Ceyhun Salmanov bildirdi ki, sistemin üstünlüklərindən biri də odur ki, sistem ikili nəzarət mexanizmini qurur. Prosesə həm dövlət strukturlarının həm də vətəndaşların nəzarəti var.

"ASAN müraciət" informasiya sistemi dövlət strukturlarına öz işlərini effektiv şəkildə qurmağa və hesabatlılığı təmin etməyə, həmçinin problemin dərhal aradan qaldırılması o cümlədən də vətəndaşların rahatlığının operativ həllinə mkan verəcək.(xezerxeber)