Cəmiyyət

Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxundu

Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxundu
İstanbulda Aya Sofya məbədində Azərbaycanın sabiq prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ruhuna xatir Mövlud-i Şərif oxudulub. 

Kanal14.az "Yeni Sabah”a istinadən xəbər verir ki, ölümünün 20-ci ildönümündə anılan Ə.Elçibəyin ruhuna dualar edilib, ilahilər səsləndirilib.

Mərasim Elçibəy Vəqfi tərəfindən təşkil olunub.

Qeyd edək ki, Əbülfəz Elçibəyin vəfatından 20 il keçir.

O, 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.

Ə.Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxundu