Cəmiyyət

Lənkəranda kənd yollarına asfalt döşənir

Lənkəran rayonunun 16 kəndində aparılan asfaltlanma işləri Kərgəlan, Lüvəsər və Bəlləbur kəndlərini birləşdirən hissədə də uğurla başa çatdırılıb.

Kanal14.az bildirir ki, kənd yolları ağır texnikalar vasitəsilə genişləndirilərək asfalt döşənir, ərazidəki suötürücü kanallar əsaslı şəkildə təmir olunaraq yenidən qurulur.

Asfalt döşənmiş yollar boyunca, həmçinin abadlıq və təmizlik işləri görülür, ərazidə avtobus dayanacaqları quraşdırılır, sıradan çıxmış elektrik və rabitə dirəkləri yenisi ilə əvəz olunur.

Kənd sakinləri koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir zamanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətmizin başçısına minnətdarlıqlarını bildirirlər.

(Aqreqrator.az)