Cəmiyyət / Şou / Sosial

"Xoşbəxtik..." - Ebru Şahin sevgilisindən danışdı

"Hercai" serialının aktrisası Ebru Şahin "Hürriyet"ə müsahibə verib.

Kanal14.az Axşam.az-a istinadən xəbər verir ki, işindən bəhs edib. O bildirib ki, həyatda başına gələn hər şeylə razılaşan biridir:

İnsan hər zaman xəyal edər. Mən də balacalıqdan aktrisa olmağı diləyirdim. Hədəflərim olur və onlara çatmağa çalışıram. Hər zaman "Bu, mənə bəsdir" deyirəm".

Özəl həyatından bəhs edən Ebru basketbolçu sevgilisi Cedi osmandan söz açıb:

"Özəl həyatımda məcbur heç nəyi sevmirəm. Sevgi, eşq hissləri məcbur olmur. Hər şeyi öz axarına buraxmaq lazımdır. İndiyənə qədər hər zaman işimlə gündəmə gəldim. Özəl həyatımı göstərmək istəyim olmayıb.

Tanımadığım insanlar məni üzən xəbərlər yazdılar. Eyni gündə fərqli insanlarla eşq yaşamağa başladı deyilməsi, xasiyyətimə uyğun deyil. Xoşbəxt və sakit bir münasibətimiz var. Cedi Amerikaya gedəcək. Darıxmağı sevmirəm".