Cəmiyyət

Bakı-Naxçıvan aviareysinə bilet satışı qaydası dəyişdi

Bu gündən Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək.

Kanal14.az bildirir ki,bu barədə Axar.az-a AZAL-dan bildirilib.

Məlumata görə, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki üsulla yazılmaq mümkündür:

- azal.az saytında

linki vasitəsilə onlayn formanı doldurmaqla;

- (+99470) 4374081 nömrəsinə Votsap vasitəsilə yazılı müraciət edərək.

Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb.