Cəmiyyət

İnsanlar karantindən yorulur, amma xəstəlik yox olmayıb

Son ayda 660 minə yaxın insan koronavirus nəticəsində həyatını itirib.

Kanal14.az bildirir ki, bunu ÜST-ün missiyasının üzvü David Novillo Ortiz ÜST-ün missiyasının yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib:

"İnsanlar karantin tədbirlərindən yorulurlar. Amma xəstəlik hələ yox olmayıb. Biz qaydalara əməl etmədikdə, xəstəlik halları artır. Bu bizim statistikamıza təsir edir. Yoluxan şəxslər təcrid olunub, təmaslar aşkarlanmalıdır. Yenidən sərt karantin tədbirlərinin görülməsi səviyyəsinə çatdırmaq lazım deyil".

(Axar.az)