Cəmiyyət / Sosial

BNA sədrinə çağırış: Vüsal Kərimli, utandım...

Səbail rayonu 20-ci sahədə 6 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü kartında gediş olmayan yaşlı qadına səsini yüksəldib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Aida Eyvazlı qeyd edib. O bildirib ki, sürücü 70-dən yuxarı yaşı olan sərnişinin üstünə qışqıraraq, avtobusdan düşməyi tələb edib.

Jurnalist sürücünün bu əməlinə görə onu tənqid etdiyini qeyd edərək, yaşlı insanlardan avtobuslarda gediş haqqı alınmamasını təklif edib:

"Ümumiyyətlə, olmazmı ki, yaşlı insanlara gediş-gəliş pulsuz olsun? Vüsal Kərimli (BNA sədri), bu sürücüləri işə götürəndə onları Vətən testindən imtahan edin. Vallah, Vətən adına utandım o ağsaçlı qadından”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Mais Ağayev bildirib ki, jurnalistin qeyd etdiyi məsələ araşdırılacaq:

"Sözügedən avtobusun kamerasına baxılmalıdır. Bununla bağlı araşdırma bitdikdən sonra ictimaiyyətə açıqlama veriləcək”.