Cəmiyyət / Dünya / Sosial

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə karantin rejimi sərtləşdirildi

Gürcüstanın Qardabani rayonunda azərbaycanlıların yaşadığı Qaracalar kəndində sərt karantin rejiminin tətbiqinə başlanılıb.

Kanal14.az bildirir ki, kənddə koronavirus epidemiyasının geniş yayılması ilə əlaqədar olaraq gecə saatlarından etibarən kəndə giriş-çıxış məhdudlaşdırılıb.

Bundan başqa, ərazidə polis postları quraşdırılıb.

(Lent.az)