Cəmiyyət

İsmayıllıda pulsuz vayfayı və mini barı olan dayanacaq quraşdırılıb

İsmayıllıda pulsuz vayfayı və mini barı olan dayanacaq quraşdırılıb

Azərbaycanda ilk dəfə olaraq bio smart avtobus pavilyonu yerləşdirilib.

Kanal14.az Metbuat.az-a istinadən xəbər verir ki, İsmayıllı rayon mərkəzində yerləşən dayanacaq-pavilyon artıq istifadəyə verilib. Dayanacaqda pulsuz wifi, tәhlükәsizlik kamerası, dezinfeksiya duşu, Mini bar (su, fanta, kola), enerji portu, usb quraşdırılıb.

Pavilyon günәş enerjisi ilә işlәyir. Dayanacaqda 8 oturacaq yerləşdirilib.