Cəmiyyət

Kainatın ən böyük xəritəsi hazırlandı

Beynəlxalq eBOSS layihəsinin astrofizikləri kainatın ən böyük və ən ətraflı 3 ölçülü xəritəsini hazırlayıblar.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə SDSS layihəsinin mətbuat xidməti məlumat yayıb.

Alimlərin sözlərinə görə, 5 illik işləri nəticəsində kainatın naməlum tarixində 11 milyard illik boşluq doldurulub.

"Əldə olunan məlumatlar kosmologiyada son on illiyin ən böyük kəşflərindəndir”, - eBOOS layihəsinin rəhbəri, Yuta Universitetinin kosmoloqu Kayl Douson deyib.