Cəmiyyət

"Orduya qarşı təbliğat aparanların layiqli cavabı veriləcək" - Millət vəkili

Kimsə ordu əleyhinə kampaniya aparırsa və ordunun haqqında böhtan yazmağa başlayırsa, bu, artıq hüquq-mühafizə orqanlarının məşğul olduğu bir məsələ olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə xalqın orduya inamının artdığı, geniş dəstək aksiyalarının aparıldığı bir zamanda bəzi qüvvələrin ordu və rəhbərliyi haqqında sosial şəbəkədə apardığı intensiv anti-təbliğat kampaniyasından və bu qarayaxma kampaniyaların arxasında hansısa kənar qüvvələrin iştirakından danışarkən deyib.
Deputat hesab edir ki, ordusu sevilməyən, dəstəklənməyən cəmiyyətin özünün axırı yoxdur:

"Ordu o faktorlardandır ki, ancaq sevilə bilər. Azərbaycan ordusu yarandığı dövrdən müstəqilliyimizin keşiyində durur. Minlərlə şəhidlər, yaralılar, öz həyatını müdafiəyə sərf etmiş insanların hər biri ordunun göstəriciləridir. Çox təəssüf ki, sosial şəbəkələrdə, mətbuatın özündə ordu ilə bağlı qeyri-obyektiv fikirlər də səsləndirilir. Kimsə hansısa şaiyəni şişirtməyə, ordu ilə bağlı özünün qusurlu subyektiv görüntüsünü cəmiyyətə qəbul etdirməyə çalışır. Onlar qəbul edilmir, pislənilir. Və heç də təsadüfü deyil ki, onların cavabı verilir".

Aydın Mirzəzadə qeyd edib ki, indiki dövrdə ermənilərin Azərbaycana qarşı apardığı provokasiyaların layiqli cavabını verən orduya qarşı hər hansı bir təbliğatın aparılması pislənilir: "Onların həm dövlət, həm də vətəndaşlarımız tərəfindən layiqli cavabı veriləcək"