Cəmiyyət

Gürcüstandan gələn siqaret və dərmanlar ölkəyə buraxılmadı - FOTO

Dərman preparatları və siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Kanal14.az bildirir ki, Dövlət Gömrük Komitəsindən Lent.az -a daxil olan məlumata görə, Gürcüstandan gələn "Mercedes Benz" markalı iki yük nəqliyyat vasitəsi "Mazımçay" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 3000 ədəd "Marlboro edge" markalı siqaret, 824 ədəd və 2 flakon müxtəlif adda dərman preparatları aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.