Cəmiyyət

"Birləşməliyik, düşmənin gözü önündə bir-birimizə tənqid yazmaq ayıbdır"

"Son günlər mən də hamı kimi xəbərləri, yazılanları və şərhləri oxuyuram. Azərbaycanda cəbhə bölgəsində baş verənlər məni də narahat edir. Bu hadisədə dünyada yaşayan azərbaycanlıların birliyi ilə fəxr etdim. Məyus olduğum məqam isə Rusiyada məşhurlaşan azərbaycanlıların tənqid olunması idi. Onların xalqa dəstək olmadığı iddia edildi. Buradakı məşhurların çoxu bir paylaşım etdi. Mən isə onu etməmələrini tapşırdım".

 

Kanal14.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov deyib. Müğənni sosial şəbəkədə Rusiyada məşhurlaşan azərbaycanlıların tənqid edilməsinə münasibət bildirib:

"Bizim patriot olmadığımızı qınayanlara cavab verəcəm: Məhz mən onlardan gözləməlirini xahiş etdim. Bunun doğru olduğunu düşündüm. Ölkə başçısının çıxışını gözləmək lazım idi. Onun nə deyəcəklərini bilməli idik. Düzdür, bayraq qoymaq, paylaşım etmək yaxşıdır. Amma bu kifayət deyil.

Mənə hansı yöndə hərəkət etməyi bilmək, mətni necə yazmağı düşünmək lazım idi. Düzgün mətni yazıb uşaqlara göndərdim və onlar da öz fikirlərinə uyğun dəyişiklik edib yayımladılar. Yenə də deyirəm, onlar əvvəl də paylaşım etmək istəyirdilər. Mən onları dayandırdım. Biz də öz vətənimizi sevirik. İstəyirik ki, Ermənistan işğal etdiyi torpaqları azad etsin.

Məyus oldum ki, bir çox həmkarlarımız bizə qarşı çıxıb, xalqın fikrini ikiyə böldü. Çətin günlərdə azərbaycanlılar birləşməlidir. Biz birləşməliyik. Düşmənin gözü önündə bir-birini çirkaba batırmaq ayıbdır. Vətənimə heyranam".

Qeyd edək ki, müğənni Xəyyam Nisanov müğənnilər Jony (Cahid Hüseynli), Navai (Nəvai Bəkirov), Bahh Tee (Bəxtiyar Əliyev), Jah Khalib (Bəxtiyar Məmmədov), Hammali (Aleksandr Əliyev), "Weel" (Vilayət Niftalıyev), "Ellai" (Elvin Əliyev),Rauf & Faik (Rauf və Faiq Mirzoyev), Elman (Elman Zeynalov) və bloqqer Hüseyin Həsənovu şəhidlərlə bağlı paylaşım etmədikləri üçün tənqid etmişdi.