Cəmiyyət

Bakıda məşhur mağazalar şəbəkəsi adını dəyişdi - Foto

2016-cı ildən ölkəmizin elektronika bazarında faydalı kredit şərtləri və rəqabətədavamlı nəğd alış siyasəti ilə geniş müştəri portfeli formalaşdırmış Smart Telecom MMC fəaliyyət arealını genişləndirir.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, şirkət cari ilin iyul ayından "Smart Electronics" mağazalar şəbəkəsi kimi fəaliyyətini davam etdirəcək. Qısa zamanda "28 May” və "Neftçilər” filiallarında vətəndaşlara təqdim edilən uyğun təklif və göstərilən xidmətlərlə məmnun müştəri auditoriyasının etibarını qazanmış "Smart Electronics"in növbəti filialı da tezliklə istifadəyə veriləcək. Şirkətin daha çox çeşid və geniş seçim imkanları ilə təmsil olunacağı "Əhmədli” filialı alıcıları smart xidmətlərə bir addım da yaxınlaşdırmağı planlaşdırır.

Şirkətin veb saytı www.smartelectronics.az tezliklə yeni bir formatda, müştərilərin tam rahat şəkildə onlayn (online) alış-veriş edə biləcəyi bir şəkildə istifadəyə veriləcək. Müştərilər bu saytdan istifadə edərək şirkət məhsullarını, şəxsi kredit portfellərini və kreditlərinə olan borclarını görə biləcək və ödənişlərini onlayn şəkildə həyata keçirə biləcəklər.