Cəmiyyət

Bu şəxslərə ev tikmək üçün torpaq veriləcək

Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, qanuna əsasən, sosial kirayə müqavilələri əsasında bu məcəllə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondundan yaşayış sahələri ayrılacaq.