Cəmiyyət

Bu türk ölkəsi də sərt karantin tətbiq etdi

Qazaxıstanda bu gündən sərt karantin tətbiq edilib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, sərt karantinin tətbiq edildiyi Nur-Sultan, Almatı, Qaraqanda, Çimkənt, Pavlodar və Ekibastuz şəhərlərində koronavirusun daha çox yayıldığı bildirilir. Hökumətin qərarı ilə ticarət və əyləncə mərkəzlərinin, mağaza şəbəkələrinin, qeyri-ərzaq və ərzaq bazarlarının, ictimai nəqliyyatın və s. fəaliyyəti tam dayandırılıb.

Son həftələrdə ölkədə infeksiya və ölüm hallarında artım müşahidə olunduğu üçün sərt karantinə qərar verilib.

İyunun 19-da ölkədə koronavirusun asimptomatik daşıyıcıları rekord həddə çataraq, 7609 nəfər olub.

Elbaşı Nursultan Nazarbayev də daxil olmaqla, bir çox məmurda koronavirus aşkarlanıb.