Cəmiyyət

Mehriban Əliyevadan təbrik

Mehriban Əliyevadan təbrik

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 iyun – Milli Qurtuluş Günü münasibətilə özünün "Instagram” səhifəsində paylaşım edib.

Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, paylaşımda deyilir:

 

"Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!"