Cəmiyyət / Dünya

Dünyada ilk trilyoner o olacaq

"Amazon” şirkətinin rəhbəri Cef Bezos bir neçə il sonra dünyada ilk trilyoner ola bilər.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Forbes” jurnalı yayıb. Jurnal Bezosun sərvətinin 1 trilyon dollara 2026-cı ildə çatacağını bildirib.

Qeyd edək ki, Bezosun hazırda sərvəti 143 milyard dollardır. O, koronavirus dönəmində 24 milyard dollar qazanıb.