Cəmiyyət / Hadisə

Ötən il 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb

Son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, Respublika Narkoloji Dispanserdə ötən il 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb.

 

Məlumata əsasən, istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıblar.

Qeyd edək ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.