Cəmiyyət

Azərbaycanda yeni doğulan körpələrin çoxu oğlandır - STATİSTİKA

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66 166 doğulan körpə qeydə alınıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib.

 

Doğulan körpələrin 1238-i əkiz, 45-i üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,0 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.