Cəmiyyət

Dələduzluq edənlərin əsas silahı şəhidlərin və qazilərin üzərindən hamıya hücum etməkdir-Fazil Mustafa

Dələduzluq edənlərin əsas silahı şəhidlərin və qazilərin üzərindən hamıya hücum etməkdir-Fazil Mustafa
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

 
 

44 günlük Vətən müharibəsində iştirak edən və yaralanan Azadov Ülvi İlham oğlununa edilən yardım kartından 139 manat oğurlanıb. Son bir neçə gündə sosial şəbəkələrdə qazilərin və şəhid ailələrinin adınadan istifadə edərək dələduzluq edən və pul yığanların sayı çoxalıb.

Bununla bağlı fikirlərini Sonxeber.az-a bildirən deputat Fazil Mustafa bildirib ki, sosial şəbəkələrə qarşı mübarizə formaları effekt vermir:

 

"Burada dələduzluq, başqa ölkələrin freqmentləri açıq şəkildə sosial şəbəkələr vasitəsi ilə fəaliyyət göstərir. Onlara qarşı effektiv mübarizə yoxdur.

Bu istiqamətdə konkret addımlar atılmalıdır. Təkcə qazilərdən istifadə olunmur. Bu gün şəhid ailələrinə və qazilərə dövlət tərəfindən müavinat ayrılır və əlavə güzəştlər edilir. Bunu da fərqli formada təqdim edirlər.

Dövlətdən tələb edirlər ki, müavinat versin. Amma dövlət tərəfindən onusuzda bu müavinat verilir. Diqqət etsəniz görəcəksiniz ki, dövlət şəhidlərimizin bank borclarını bağlayır, birdəfəlik ailələrinə ödəmələr edir və müavinat təyin edilir".

Deputat qeyd edib ki, sosial şəbəkələrdə qəsdən şəhidlər və qazilər üzərindən Azərbaycana qarşı əks-təbliğat gedir. 2-3 nəfər də onların arxasınca düşür:

"Elə düşünürlər ki, guya onlar şəhid ailələrinin və qazilərin qayğısına qalırlar. Bu cür paylaşımlarla qarşılaşan insanlarımız bilməlidir ki, dələduzluq edənlərin əsas silahı şəhidlərin və qazilərin üzərindən hamıya hücum etməkdir.
Şəhidlərdən istifadə edərək "duyğu sömürüsü" edirlər. Ona görə də insanlarımız diqqətli olmalıdır. Hamı şəhid və qazilərə dəstəkdə dövlətin yanında olmalı, onların ailələrinin problemlərinin həllində kömək etməlidir. Amma qəsdən təbliğata əl ataraq, yalandan şəhid və qazi ailələrinin diqqətdən kənarda qalması kimi məsələləri ortaya atmağa çalışmamalıdırlar.

Dövlətin əsas istiqaməti şəhid ailələrini qorumaq və problemlərini həll etməkdir. Sosial şəbəkələrdə dələduzluq edənlər eyni qrupun üzvləridir. Cəmiyyətin informasiyasız hissəsinin duyğularından istifadə edərək, bu cür dələduzluqlara əl atırlar. İnsanlar aldanırlarsa, bu özlərinin günahıdır.

Vətəndaşlarımız bilməlidir ki, şəhid və qazi ailələrinə dəstək dövlət vasitəsilə həyata keçirilir. Əgər dövlət fondları bu işi icra edirlərsə, düşünürəm ki, ediləcək yardımları da həmin təşkilatlar və fondların xətti ilə etmək olar".