Cəmiyyət

Erməni valideynlər: "Övladlarımızı qaytarın"

Erməni valideynlər: "Övladlarımızı qaytarın"
 
 
 
 
 
 
 

 
 
 
 

Hərbçi övladları itkin düşmüş analar Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir.

Kanal14.az "Report"a istinadən xəbər verir ki, onlar Ermənistanın müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edirlər.

 

"Övladlarımız haradadır? Uşaqlarımızı qaytarın! Niyə onlar heç bir siyahıda yoxdurlar?!", - valideynlərdən biri söyləyib.

Digər bir valideynin sözlərinə görə, oğlu ilə birgə bütöv tabor Martuni-Cəbrayıl arası istiqamətdə itkin düşüb.

Qeyd olunub ki, hazırda Müdafiə Nazirliyinin binası polis tərəfindən mühasirəyə alınıb.