Cəmiyyət

Özəl internet resurslarına xəbərdarlıq

Özəl internet resurslarına xəbərdarlıq






 
 
 
 






Azərbaycan Ordusunun əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlardan məyus olan işğalçı və təcavüzkar Ermənistan kibermühitdə ölkəmizə qarşı təxribatlarını davam etdirir.

Kanal14.az "Qafqazinfo”ya daxil olan məlumata əsasən bildirir ki, Ermənistan tərəfindən ölkəmizin bir sıra xəbər saytlarının təhlükəsizlik boşluqlarından istifadə etməklə həyata keçirilən kiberhücumlar vasitəsilə bəzi həqiqətə uyğun olmayan və təxribat xarakterli məlumatların yayılmasına cəhdlər göstərilir. Bununla əlaqədar, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bütün özəl internet resurslarının, xüsusilə xəbər saytlarının sahiblərinə düşmənin məkrli əməllərinin qarşısının alınması məqsədilə müvafiq təhlükəsizlik tədbirlərini gücləndirmələri tövsiyə olunur.

Özəl internet informasiya ehtiyatı sahiblərindən xahiş olunur ki, hər hansı kiberinsidentlə üzləşdikdə, bu barədə NRYTN yanında Elektron Təhlükəsizlik Xidmətinə "1654” qaynar xətti, www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə məlumat versinlər.