Bakıda sevgisinə qarşılıq ala bilmədiyi üçün sevdiyi qızı bıçaqlayan gəncin cinayətinin detalları məlum olub. 

Kanal14 xəbər verir ki, "Space TV”nin xəbərlər buraxılışında yayımlanan materialda hadisə yerindən görüntülər təqdim olunub.

Bildirilir ki, cinayət fevralın 11-i gecə saat 23:30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində ensiz bir ərazidə baş verib.

Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü A.Z.-yə yeddi bıçaq zərbəsi vurub. A.Z. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, A.Hüseynov tanışı olan A.-ya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək sevgili olmaqdan imtina edib. Bundan qəzəblənən Afiq sevdiyi qıza 7 bıçaq zərbəsi vurub.

Hüquqşünas isə bildirib ki, cinayətkara salamlığa ağır zərər yetirməsinə görə 3-8 il arası cəza verilə bilər. Əgər xuliqanlıq niyyəti ilə bıçaq zərbəsi vurulursa, o zaman 6-11 il arası həbs cəzası nəzərdə tutulur.

 

/baku.ws/