Təhsil

Nəticələrlə bağlı ərizə qəbuluna başlanıldı

Oxford University extends exam times for women's benefit

20-21 avqust 2020-ci ildə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.

Kanal14.az bildiri ki, apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə qəbulu sentyabrın 5-dək davam edəcək.

Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında  imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

 

20-21 avqust tarixlərində keçirilən imtahanlarda iştirak edən və Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 3-5 sentyabr tarixlərində apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

http://dim.gov.az/news/5677/