Təhsil

5-11-ci siniflər üçün məktəb nə vaxt açılır? - Rəsmi

5-11-ci siniflərdə dərslər onlayn şəkildə həyata keçiriləcək.

Kanal14.az bildirir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ən azı mart ayına qədər teledərslər və virtual məktəb layihəsi davam edəcək:

"Lakin bu siniflərin mərhələli şəkildə təhsilə başlamasını planlaşdırırıq. Əgər epidemioloji vəziyyət imkan verərsə, 5-11 siniflərdə təhsil alan ümumilikdə 1,3 milyon şagirdin uyğunlaşdırılmış proqramlarla məktəbə qaytarılmasını planlaşdırırıq".

O qeyd edib ki, əgər vəziyyət imkan verərsə, 10-11-ci siniflərin 1 oktyabrdan ənənəvi dərslərə başlaması planlaşdırılır.

(Axar.az)