Təhsil

İşə qəbul olunmaq istəyən bu müəllimlərin imtahanıdır

Bu gün rus dili və biologiya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.

Kanal14.az bildirir ki, imtahanlarda 2073 namizədin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, müəllimlərin işə qəbul imtahanları təxminən 18 gün davam edəcək. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

(lent.az)