Təhsil

Tələbə qəbulu: Bu, ilk dəfə tətbiq olunacaq

2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılacaq. Peşə təhsili müəssisələrində 18270 yer açıq olacaq. Bunlardan 11 mini dövlət sifarişli yerlərdir.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov peşə təhsili üzrə tələbə qəbulu haqqında bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ilk dəfə olaraq cari tədris ilində tələbə qəbulu prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaq:

"Peşə təhsil pilləsinə qəbul çərçivəsində 24 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minmiş "Peşə təhsili haqqında" qanuna əsasən, peşə təhsili müəssisələrində subbakalavr dərəcəsi üzrə tələbə qəbulu aparılması nəzərdə tutulur.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, I, II və III dərəcə əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyn olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Həmçinin 2020-2021-ci tədris ilində müvafiq sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin yarısı dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək".