Təhsil

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayıb

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayıb

Təhsil Nazirliyinin SABAH qruplarında 2020-2021-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib. 

Kanal14.az xəbər verir ki,Təhsil Nazirliyindən APA-ya bildirilib ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən namizədlər avqustun 15-dək müraciət formasını doldurmalıdırlar. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu iki fənn üçün müraciət edə bilər. 

Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/sabah-qruplarina-2020-2021-ci-tedris-ilinin-payiz-semestrine-muellim-qebulu daxil olaraq əldə edə bilərsiniz.