kanal14.az
kanal14.az

AMEA-nın magistraturasına sənəd qəbulu onlayn keçiriləcək

AMEA-nın magistraturasına sənəd qəbulu onlayn keçiriləcək
3-07-2020, 16:17 174 dəfə baxılıb

AMEA-nın magistraturasına sənəd qəbulu onlayn keçiriləcək

COVID-19 pandemiyası ilə əlaqədar olaraq 2020/2021-ci tədris ili üzrə magistraturaya sənədlərin qəbulu onlayn qaydada həyata keçiriləcək. 

Kanal14.az xəbər verir ki, AMEA-dan APA-ya bildirilib ki, magistraturaya qəbul olan bakalavrlar qeydiyyat üçün aşağıda göstərilən sənədləri skan edilmiş formada iyul ayının 6-dan 15-dək (qəbul-2020/2021 başlığı ilə) amea.magistratura@gmail.com ünvanına göndərməlidirlər.

Sənədlərin siyahısı:

- Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı;

- Telefon nömrəsi (özünün və valideynlərindən birinin);

- Şəxsiyyət vəsiqəsi;

- Bakalavr təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış;

- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;

- 3x4 ölçüdə rəngli fotoşəkil;

- Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı, əlyazma şəklində olmalıdır. Özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu şəhər, hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərməli, tarix və imza qoymalıdır).

Bakalavrlarla telefon əlaqəsi qurulduqdan sonra onlar qeydiyyata alınacaq. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA