Təhsil

ADNSU-da onlayn formatda imtahan keçirilib - Foto

ADNSU-da onlayn formatda imtahan keçirilib

İyunun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə olaraq onlayn formatda semestr imtahanları keçirilib. 

Kanal14.az bildirir ki, "Qafqazinfo”nun məlumatına görə, ümumilikdə 148 qrupda səhər 09:00-da başlayan imtahanda bütün tələbələr üçün eyni şərait yaradılıb. Hər tələbəyə 0-10 balla qiymətləndiriləcək beş suallı bilet təqdim olunub. Onlayın imtahnın keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan imtahan zamanı hər hansı bir problem yaranmayıb. Tələbələr imtahanda fəallıq göstəriblər.

Qeyd edək ki, ölkədə koronavirus (COVID-19) epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə mart ayının 3-dən bütün təhsil müəssisələrində, o cümlədən ADNSU-da ənənəvi tədris dayandırılıb, martın 29-dan isə ADNSU-da onlayn təhsilə start verilib. Ona görə də tələbələrin imtahana hazırlığı da onlayn formatda təşkil olunub və imtahan öncəsi tələbələrə güzəştlər olunub. Belə ki, imtahana qədər hər tələbəyə 30 bal bonus olaraq yazılması ilə yanaşı, təqdimat və ya sərbəst işlərə görə də 0-20 bal yazılıb. Bundan əlavə, onlayın dərslərdə aktivliyə görə müəllimin tələbəyə 0-10 bal arası əlavə bal vermək imkanı var. Bu da sözsüz, tələbələrin semestr imtahanlarını uğurla başa vurmasına dəstək kimi dəyərləndirilir.

 

Onu da qeyd edək ki, bu gün ADNSU-da start götürən onlayn yay imtahan sessiyası iyulun 12-də yekunlaşacaq. İmtahanda hər hansı bir səbəbdən iştirak edə bilməyən, kəsiri olan tələbələr ödənişsiz formada sentyabrın 1-dən 15-ə qədər növbəti dəfə imtahan verə biləcəklər.