kanal14.az
kanal14.az

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib - FOTO

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib - FOTO
14-11-2019, 18:00 79 dəfə baxılıb

BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib - FOTO
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
Bakı Dövlət Universitetində SABAH qruplarının təşkilatçılığı ilə "GoldenPay” şirkəti tərəfindən təlim keçirilib. Təlimin məqsədi tələbələri praktiki biliklərə yiyələndirmək, gələcək karyeralarında inkişaf etmələri üçün təkan vermək, intellektual potensiallarından düzgün yöndə istifadə etməyin yollarını aşılamaq olub.

"GoldenPay” şirkətinin İdarə Heyətinin üzvü, Məhsulların İnkişafı və Marketinq üzrə direktoru Tuğba Uçar marketinqin kommunikasiya sistemindən danışıb. O, tələbələrə marketinqin kommunikasiya sistemi tələbatının formalaşması, satışın artırılması üsulları və metodları barədə məlumat verib. Tuğba Uçar həmçinin məqsəd auditoriyasının düzgün seçilməsinin vacibliyindən bəhs edib.

Daha sonra çıxış edən "GoldenPay” şirkətnin layihə rəhbəri Fəxri Hüseynov startap və layihələrin idarə edilməsi haqda məlumat verib. O, layihələrin idarəolunması sisteminin düzgün qurulmasının əhəmiyyətindən, startap ideyalarının kreativ olmasının zəruriliyindən söz açıb.

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA