Təhsil

Abituriyentlərin NƏZƏRİNƏ! İxtisas seçərkən bunlara DİQQƏT EDİN

Abituriyentlərin NƏZƏRİNƏ! İxtisas seçərkən bunlara DİQQƏT EDİN

 

Təhsil eksperti Kamran Əsədov ixtisas seçiminə hazırlaşan abituriyentlərə bəzi tövsiyələr verib.

Kanal14.az həmin material təqdim edir:

 

"İlk növbədə qeyd etmək istəyirəm ki, ali məktəbə qəbul olmaq üçün yetərincə bal yığmaq kifayət etmir, düzgün ixtisas seçimi mütləqdir.

Bu zaman isə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi statistik məlumatlara və abituriyent jurnalına istinad etmək, ciddi şəkildə baxmaq lazımdır. Yoxsa yüksək bal toplamış abituriyentlər belə tələbə adını qazanmaqdan mərhum ola bilər. 
Xüsusi ilə abituriyentlər plan yerlərini və imtahan iştirakçıların topladığı balı əvvəlki illərlə müqayisə etməlidirlər.

2019/2020 tədris ili üçün ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas qruplarına aşağıdakı kimi plan yerləri ayrılıb:

I ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə 14031 plan yeri; Rus bölməsi üzrə 1000 plan yeri, ümumilikdə 15031 plan yeri ayrılıb (2018-ci ildə isə ümumilikdə 14475 plan yeri var idi və onun 10949-u Azərbaycan, 1331- i rus, 2195- i isə birgə qəbul aparılan plan yerləri idi). 2018-ci illə müqayisəd bu il I qrupda ümumilikdə plan yeri 556 yer artıb.

II ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə 13241 plan yeri, Rus bölməsi üzrə 1000 plan yeri, ümumilikdə 14241 plan yeri ayrılıb ayrılıb (2018-ci ildə isə ümumilikdə 13395 plan yeri var idi və onun 8939-u Azərbaycan, 1228- i rus, 3228- i isə birgə qəbul aparılan plan yerləri idi). 2018-ci illə müqayisədə bu il II qrupda ümumilikdə plan yeri 154 yer azalıb.

III ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə 10266 plan yeri, Rus bölməsi üzrə 1005 plan yeri, ümumilikdə 11271 plan yeri ayrılıb. (2018-ci ildə isə ümumilikdə 10601 plan yeri var idi və onun 7957-si Azərbaycan, 889-u rus, 1755- i isə birgə qəbul aparılan plan yerləri idi). 2018-ci illə müqayisəd bu il III qrupda ümumilikdə plan yeri 670 yer artıb.

IV ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə 3310 plan yeri, Rus bölməsi üzrə 305 plan yeri, ümumilikdə 3615 plan yeri ayrılıb. . (2018-ci ildə isə ümumilikdə 3315 plan yeri var idi və onun 2610-u Azərbaycan, 275-i rus, 430- u isə birgə qəbul aparılan plan yerləri idi). 2018-ci illə müqayisəd bu il IV qrupda ümumilikdə plan yeri 300 yer artıb.

V ixtisas qrupu Azərbaycan bölməsi (bəzi ixtisaslar rus bölməsi ilə birgə) üzrə 3462 plan yeri, Rus bölməsi üzrə 119 plan yeri, ümumilikdə 3581 plan yeri ayrılıb.

Bunlardan 9496 yer I ixtisas qrupu üzrə dövlət sifarişli yer ayrılıb ki, 2018-ci ildə I ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı 5731 idi və 2019-cu ildə bu qrupda dövlət sifarişli yerlər 3765 plan yeri artıb.

3147 yer II ixtisas qrupu üzrə, dövlət sifarişli yer ayrılıb ki, 2018-ci ildə II ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı 2031 idi və 2019-cu ildə bu qrupda dövlət sifarişli yerlər 1116 plan yeri artıb.

3782 yer III ixtisas qrupu üzrə dövlət sifarişli yer ayrılıb ki, 2018-ci ildə III ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı 2175 idi və 2019-cu ildə bu qrupda dövlət sifarişli yerlər 1607 plan yeri artıb. 2318 yer IV ixtisas qrupu üzrə dövlət sifarişli yer ayrılıb ki, 2018-ci ildə I ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı 1505 idi və 2019-cu ildə bu qrupda dövlət sifarişli yerlər 813 plan yeri artıb.

1511 plan yeri V ixtisas qrupu üzrə Dövlət Sifarişi ilə ayrılıb".

2018- ci ildə ali məktəblər üçün 45 159 yer ayrılmışdı. 2018- ci ildə 2017-ci illə müqayisədə plan yerləri təxminən 2303 yer (5,37 %) artmışdı. 2019-cu ildə isə 2018-ci illə müqayisədə qəbul planı 2807 yer və ya 6.22% artırılıb.

2018- ci ildə ali məktəblərə qəbul planında dövlət sifarişli yerlər üzrə plan yerlərinin sayı 1,3 % və ya 32 yer artmışdısa, 2019-cu ildə ümumilikdə Dövlət Sifarişi üzrə 20254 yer ayrılıb./Sonxeber.az