Təhsil

"Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqi genişləndirilir

"Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqi genişləndirilir
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Təhsil Nazirliyinin "İnformatika" fənninin yeni formatda tədrisi üzrə "Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi uğurla davam etdirilir. Layihə cari tədris ilində həm coğrafi, həm də müəllim və şagird sayı baxımından genişləndirilib. Belə ki, hazırda layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan,  Şəki şəhər və rayonları üzrə 222 məktəbi və 100 mindən çox şagirdi əhatə edir.

Qeyd edək ki, şagirdlərdə alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrətmək məqsədilə həyata keçirilən layihəyə 2017-2018-ci tədris ilində start verilib. İlkin mərhələdə layihə Bakı şəhəri üzrə 43 məktəb və 6500 şagirdi əhatə edib. Layihənin uğurlu nəticələrini nəzərə alaraq, əhatə dairəsi ildən-ilə daha da genişləndirilib.