Şou

Natali Portman nağıl kitabı yazıb - Foto

 Natali Portman nağıl kitabı yazıb - Foto
Amerikalı məşhur aktrisa Natali Portman uşaqlar üçün nağıl kitabı yazıb.

Kanal14.az bildirir ki, bu barədə 39 yaşlı sənətçi İnstaqram hesabında məlumat verib. "Natali Portman təmsilləri" adlı kitab tısbağa, dovşan, kənd və şəhər siçanlarından bəhs edəcək.

Aktrisa təqdimatın okyabrın 20-də olacağını bildirib.
(Axsam.az)