Şou

Sevgilisi Tülin Şahini məhkəməyə verdi

Sevgilisi Tülin Şahini məhkəməyə verdi
 
Portuqaliyalı iş adamı Pedro de Noronha məhkəməyə müraciət edərək model Tülin Şahindən şikayət edib.

Kanal14.az bildirir ki, o, tülinin qızları Siena Leylayı ona göstərmədiyini bildirib.

Şahin ötən il apreldə Noronhanla Portuqaliyada nikah masasına oturduğunu açıqlamışdı. Model hamilə olduğunu demiş və noyavrda qızları dünyaya gəlmişdi.

İş adamı məhkəməyə müraciət edərək Tülinlə rəsmi nikahlarının olmadığını, münasibətlərinə də son qoyduqlarını deyib. Pedro onu da əlavə edib ki, xaricdə yaşadığı üçün dəfələrlə qızını görüntülü zənglə görmək istəyib. Amma model buna imkan verməyib. Nəticədə Noronha Şahinlə bağlı rəsmi şikayət ərizəsi yazıb.

Məhkəmə iş adamının hər ayın ilk yeddi günü saat 12.00 ilə 17.00 arasında ana və dayəsidə yanlarında olmaq şərtilə görməsinə qərar verib.

(Axsam.az)