Şou

Onlar da barışıb...

Onlar da barışıb...Müğənni Ayaz Qasımovla Əməkdar artist Səbinə Babayeva barışıb. 

Kanal14.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda Ayaz "7 canlı" proqramında deyib. Aparıcı Vüsalə Əlizadə sənətçi Səbinə ilə aralarında yaşanan qalmaqaldan sual ünvanlayıb.

 

Ayaz bildirib ki, artıq küsülülüyə son qoyublar:

"Qalmaqal deyildi, bir az abartıldı. Səbinə xanıma hörmətim var. Öz aramızda danışdıq və yoluna qoyduq".

Qeyd edək ki, sənətçilər arasındakı mübahisəyə "Ay can" mahnısı səbəb olub. Hər iki ifaçı eyni mahnını oxuyub.