Şou / Mədəniyyət

“Eurovision”da buna qadağa qoyuldu

Bir müddət bundan əvvəl "Eurovision” mahnı müsabiqəsinin qaydalarında dəyişiklik olub.  Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, yeni qüvvəyə minən qanuna əsasən, səhnədə müğənniləri müşayiət edən bek-vokalların canlı oxuması qadağan olunub.

 

Onların vizual olaraq görüntüsünə icazə verilsə də studiyada lentə alınan səslərdən istifadə ediləcək. Lakin Avropa Yayım Birliyi (EBU) sənətçilərə ikinci bir versiyanı da təqdim edir ki, onlarla birgə səhnədə vokalistlər iştirak etməsin və təkcə səslərindən istifadə olunsun.